“Google” 4,34 milyard avro cərimlənib

“Google” 4,34 milyard avro cərimlənib
  18 İyul 2018    Oxunub:3123
Avropa Komissiyası ABŞ-ın “Google” şirkətini 4,34 milyard avro məbləğində cərimələyib.
AzVision.az-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Avropa İttifaqının rəqabət üzrə komissarı Marqret Vestager deyib. Onun sözlərinə görə, şirkət Aİ-nin antiinhisar qanunvericiliyini pozub.

Belə ki, şirkət Android əməliyyat sistemi ilə çalışan cihazlardakı trafikin istisnasız olaraq yalnız “Google” axtarış sistemi üzərindən aparılması üçün şəbəkə operatorlarına və cihaz istehsalçılarına şərt qoyub. Nəticədə istifadəçilər istehlakçılar mobil sahədə effektiv rəqabətin üstünlüklərindən faydalana bilməyiblər. Avropa Komissiyası şirkətə səhvlərini düzəltməsi üçün 90 gün vaxt verib.


AzVision.az


Teqlər:   Google  





Xəbər lenti