Vətəndaşlıq Məsələləri Komissiyasının tərkibi dəyişdirilib

Vətəndaşlıq Məsələləri Komissiyasının tərkibi dəyişdirilib
  18 İyul 2018    Oxunub:3090
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli 106 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, dəyişikliklərə əsasən, sərəncamın 1-ci hissəsi ilə yaradılmış Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilir:

Komissiyanın sədri

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri

Komissiyanın üzvləri

Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi – şöbə müdiri
Azərbaycan Respublikası Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi – şöbə müdiri
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri
Azərbaycan Respublikasının daxili işlər naziri
Azərbaycan Respublikasının xarici işlər naziri
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi

Komissiyanın katibi

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin Miqrasiya və vətəndaşlıq məsələləri sektorunun müdiri.”.

2-ci hissəyə “Hüquq mühafizə orqanları ilə iş” sözlərindən sonra “və hərbi məsələlər” sözləri əlavə edilir.

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   Komissiya  





Xəbər lenti