Prezidentlərin iştirakı ilə təltifetmə mərasimi keçirilib - FOTOLAR
Sərəncamlarda deyilir ki, Prezident Sercio Mattarella Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə, Laura Mattarella ölkələrimizin humanitar əməkdaşlığının, Enzo Moavero Milanesi isə dövlətlərarası münasibətlərin möhkəmləndirilməsində xidmətlərinə görə bu ordenlərlə təltif olunublar.
Dövlətimizin başçısı İlham Əliyev ordenləri təqdim etdi.
Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliyanın “Xidmətlərinə görə” böyük lentlə birlikdə Böyük Xaç Kavaleri ordeni və birinci xanım Mehriban Əliyevanın “Xidmətlərinə görə” Böyük Xaç Kavaleri ordeni ilə təltif edilməsi haqqında İtaliya Respublikasının Prezidentinin - “Xidmətlərinə görə” ordenin rəhbərinin 2018-ci il iyulun 12-də imzaladığı sərəncamlar elan edildi.
İtaliya Prezidenti Sercio Mattarella ordenləri təqdim etdi.
AzVision.az
Teqlər: İlham-Əliyev Prezident İtaliya