Azərbaycanda 10 min nəfərə 15 vəkil düşəcək

Azərbaycanda 10 min nəfərə 15 vəkil düşəcək
  19 İyul 2018    Oxunub:2926
“Bu gün bütün mərhələlərdən keçmiş, ixtisas imtahanlarını müvəffəqiyyətlə vermiş 264 nəfər namizəd vəkilliyə qəbul olunacaq”.
AzVision.az-ın məlumatına görə, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib. Onun sözlərinə görə, bunulada ölkədə vəkillərin sayı ilk dəfə olaraq 1500-ü ötəcək: “Bu, çox böyük bir göstəricidir. Əgər cəmi 3 ay bundan əvvəl ölkədə hər 10 min nəfərə 9 vəkil düşürdüsə, artıq bu rəqəm 15 vəkil təşkil edəcək. Bu, çox ciddi bir irəliləyişdir, eyni zamanda, regionlarda vəkillərin sayı kəskin artacaq”.

Anar Bağırov həmçinin bildirib ki, vəkillərin peşə bayramının təsis olunması zəruridir və bununla əlaqədar Vəkillər Kollegiyası Rəyasət Heyəti tərəfindən müvafiq komissiya yaradılıb. Belə ki, komissiya tərəfindən çoxsaylı arxiv sənədləri üzərində aparılan araşdırma və təhlillər nəticəsində 1919-cu ilin 30 iyul tarixinin Azərbaycan Xalq Cümhuriyyətində vəkillərin münsiflər heyətinin təşkili və yaradılması tarixi olmasını əsas götürərək həmin tarixin Azərbaycan Respublikası vəkilliyinin peşə bayramı günü kimi qeyd edilməsini Vəkillər Kollegiyası Rəyasət Heyətinə təklif edib.

AzVision.az



Teqlər: Vəkil  





Xəbər lenti