Azərbaycanda q­açqın statusu ilə yaşayanların s­ayı 23 faiz artıb

Azərbaycanda q­açqın statusu ilə yaşayanların s­ayı 23 faiz artıb
  19 İyul 2018    Oxunub:1300
Azərbaycanda qaçqın statusu əsasında yaşayan şəxslərin sayında 23 faiz artım müşahidə olunub.
AzVision.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov qurumun 6 aylıq fəaliyyətinin yekunlarına həsr olunan mətbuat konfransında deyib.

Xidmət rəisi bildirib ki, hazırda bu şəxslərin sayı 75 nəfərdir: “Bu rəqəm 2017-ci ilin müvafiq dövründə 61 nəfər olub”.

V.Hüseynov, həmçinin qeyd edib ki, “Çağrı mərkəzi" şöbəsinə daxil olan zənglərin sayı 10 faiz artaraq, 51 394 olub:

“2017-ci ilin müvafiq dövründə müraciətlərin sayı 46 922 olub. Canlı rejimdə cavablandırılan müraciətlərin 18 faizi – 9377 müvəqqəti yaşamaq üçün icazə, 10 faizi – 5383 olduğu yer üzrə qeydə alınma ilə bağlı zənglər olub”.

Elvin Abdulqədirov
AzVision.az



Teqlər: Miqrasiya-Xidməti   Vüsal-Hüseynov  





Xəbər lenti