“Bəzən hansısa ümidlərlə xaricə gedirlər” - DMX rəisi

“Bəzən hansısa ümidlərlə xaricə gedirlər” - DMX rəisi
  19 İyul 2018    Oxunub:2183
“Bəzən Azərbaycan vətəndaşları xarici ölkələrə hansısa ümidlərlə gedirlər. Bu cür axına təsir edən müəyyən kanallar, qeyri-qanuni fəaliyyət göstərən şirkətlər var”.

AzVision.az-ın məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov deyib.
”Həmin şirkətlər insanları hansısa yollarla ölkədən çıxarırlar. Həmin şəxslərə xarici ölkələrdə iş vəd olunur, yaxud onlara status vəd edilir. Lakin bunların hamısı boş vədlər olur. Müəyyən müddətdən sonra bu mifin acı reallığını görən Azərbaycan vətəndaşları ölkəyə qayıtmaq fikrinə düşürlər”, - deyə V. Hüseynov qeyd edib.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Miqrasiya-Xidməti   Vüsal-Hüseynov  





Xəbər lenti