BNA: Sərnişin daşımanın əsas hissəsi dövlətə keçəcək

BNA: Sərnişin daşımanın əsas hissəsi dövlətə keçəcək
  19 İyul 2018    Oxunub:3641
“Zamanla sərnişin daşınmasının əsas hissəsi dövlətə keçəcək”.
AzVision.az xəbər verir ki, bunu İTV-dəki çıxışı zamanı Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli deyib. O bildirib ki, bu gün Bakı şəhərində 2100 avtobus varsa, onun 320-si dövlətə məxsusdur.

“Biz bu nisbəti dəyişdirmək istəyirik və o istiqamətdə işlər aparılır. Yeni avtobusların alınması üçün tender elan olunub, tələblər qoyulub. Avtobus bazasını yeniləyirik ki, həm isti, həm də soyuq aylarda insanları müasir və sürücüləri etik davranış qaydalarına əməl etdiyi avtobuslarla təmin edək. Hansı daşıyıcılar müasir tələblərlə işləyəcəksə onlarla əməkdaşlıq edəcəyik. Etməyənlərlə isə işimiz dayandırılacaq”.

V.Kərimli bildirib ki, paytaxtdakı avtomobil dayanacaqlarında kameralar quraşdırılacaq və gündəlik monitorinq aparılacaq: “Bununla bağlı hazırda Bakı Şəhər İcra Hakimiyyəti ilə iş aparılır. Təhvil-təslim işləri başa çatdıqdan sonra dayanacaqlarda kameralar quraşdırılacaq. Bununla da, onların zəbt edilməsi məsələsi aradan qaldırılacaq. Həmçinin dayanacaqlarda yenidən məlumat lövhələrinin quraşdırılması nəzərdə tutulur”.

Aytən Zəhra
AzVision.az


Teqlər: BNA   Avtobus  





Xəbər lenti