Nazirlik 150 əlili istirahətə göndərib

Nazirlik 150 əlili istirahətə göndərib
  19 İyul 2018    Oxunub:2987
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) əlillərin istirahətinin təşkili istiqamətində işləri davam etdirir.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, fiziki məhdudiyyətləri olan şəxslərdən daha 150 nəfəri xüsusi ayrılmış nəqliyyat vasitəsi ilə Quba və Xaçmaz rayonlarındakı istirahət mərkəzlərinə göndərilib.

ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun sosial xidmətlər və proqramlar şöbəsinin müdiri Vüqar Behbudov bildirib ki, “2018-ci ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”nda əlillərin asudə vaxtlarının təşkili tədbirləri də yer alıb. Proqrama əsasən, 1100 nəfərdən çox əlilin bu yay mövsümündə respublikanın müxtəlif bölgələrində istirahətinin təşkil edilməsi nəzərdə tutulub. Artıq onlardan 800 nəfərdən çoxu Quba, Lənkəran və Xaçmaz rayonlarındakı istirahət mərkəzlərinə yola salınıb.

V.Behbudov əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası, onların cəmiyyətə inteqrasiyası yönündə digər istiqamətlərdə də müvafiq işlərin aparıldığını diqqətə çatdırıb.

Qeyd edək ki, əlilliyi olan şəxslərdən 90-ı Xaçmazdakı, 60-ı isə Qubadakı istirahət mərkəzlərinə göndərilib.

AzVision.az


Teqlər: ƏƏSMN   Əlil   İstirahət  





Xəbər lenti