Siqaret qaçaqmalçılığının qarşısı alınıb

Siqaret qaçaqmalçılığının qarşısı alınıb
  19 İyul 2018    Oxunub:3018
Xaçmaz Gömrük İdarəsinin əməkdaşları iki fakt üzrə külli miqdarda siqaretin bəyan edilmədən ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, hər iki fakt idarənin “Samur” gömrük postunun idxal gömrük nəzarəti zonasında qeydə alınıb.

Rusiya Federasiyası istiqamətindən daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “DAF XF105” markalı yük avtomobilinə gömrük baxışı keçirilib. Baxış zamanı, avtomobilin ehtiyat hissələri üçün nəzərdə tutulmuş yerində iki ədəd plastik qutuda, kabinənin yataq yerindəki döşəyin altında, kabinədə olan əl çantasında və kabinənin tavan hissəsində əşyalar qoymaq üçün nəzərdə tutulmuş yerlərdə ümumilikdə 17 min 600 ədəd “Marlboro Silver Pack 72S” markalı siqaret aşkarlanıb.

Rusiyadan gələn digər Azərbaycan vətəndaşının idarə etdiyi “DAF XF105” markalı yük avtomobilinə gömrük baxışı zamanı isə avtomobilin kabinəsində olan yataq yerindəki döşəyin altında və ehtiyat hissələri qoymaq üçün nəzərdə tutulmuş yerdə, kabinədə soyuducunun sağ tərəfində olan örtüyün arxasındakı boşluqda, səsgücləndiricinin arxasında olan boşluqda və kabinədəki digər boşluqlarda 5200 ədəd “Marlboro Silver Pack” və 11 min 800 ədəd “Marlboro Silver Pack 72s” markalı siqaret aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: DGK   Siqaret  





Xəbər lenti