İlham Əliyev Fransada səfərdədir - (Yenilənib)

İlham Əliyev Fransada səfərdədir - (Yenilənib)
  19 İyul 2018    Oxunub:5138
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 19-da Parisdə Fransa Beynəlxalq Əlaqələr İnstitutunun icraçı sədri Tyerri de Montbrial ilə görüşü olub.
Tyerri de Montbrial ümummilli lider Heydər Əliyev ilə Fransada və Azərbaycanda, Prezident İlham Əliyevlə Fransada keçirilən görüşləri məmnunluqla xatırladı.

Söhbət zamanı Fransa-Azərbaycan ikitərəfli münasibətləri, beynəlxalq və regional məsələlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparıldı.



***
(18:53)

Fransa Respublikasının Prezidenti Emmanuel Makronun dəvəti ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 19-da Fransaya səfəri başlayıb.

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   Fransa   Səfər  





Xəbər lenti