Mattarellanın Bakıya səfəri başa çatıb

Mattarellanın Bakıya səfəri başa çatıb
  19 İyul 2018    Oxunub:3124
İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın Azərbaycan Respublikasına rəsmi səfəri iyulun 19-da başa çatıb.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola salıblar.





AzVision.az


Teqlər: İtaliya   Səfər  





Xəbər lenti