Prezident “Total” şirkətinin sədri ilə görüşüb

Prezident “Total” şirkətinin sədri ilə görüşüb
  20 İyul 2018    Oxunub:2735
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Parisdə “Total” şirkətinin sədri və baş icraçı direktoru Patrik Puyane ilə görüşüb.
Görüşdə “Abşeron” qaz-kondensat yatağının işlənilməsi və inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəzərin Azərbaycan sektorundakı “Ümid-Babək” təbii qaz yataqlarının işlənilməsində “Total” şirkətinin iştirak etməsi imkanları müzakirə olunub.



AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   Total  





Xəbər lenti