Parisdə “Azərkosmos”la əməkdaşlıq müzakirə olunub

Parisdə “Azərkosmos”la əməkdaşlıq müzakirə olunub
  20 İyul 2018    Oxunub:2547
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Parisdə “Airbus” şirkətinin Avrasiya üzrə vitse-prezidenti Silver Delonay ilə görüşüb.
Görüşdə “Airbus” şirkəti ilə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti arasında əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb. “Azərsky” və “Spot 6” peyklərinin dünya bazarlarında uğurlu fəaliyyətindən məmnunluq bildirilib.

Azərbaycanın gələcəkdə “Airbus” şirkətindən yeni daha yüksək ayırdetmə peyklərini alması və peyklərlə bağlı texnologiyalar ətrafında müzakirələr aparılıb.



AzVision.az


Teqlər: Airbus   Azərkosmos   Fransa  





Xəbər lenti