AZAL narazı sərnişinlərə cavab verdi

AZAL narazı sərnişinlərə cavab verdi
  20 İyul 2018    Oxunub:3277
Son günlər “Azərbaycan Hava Yolları”nın bir sıra çarter reysləri, o cümlədən, Türkiyə kurortlarına yerinə yetirilən uçuşlar “Buta Airways” təyyarələri vasitəsi ilə həyata keçirilir. Bu isə bəzi sərnişinləri narazı salıb.

Azərbaycan Hava Yolları QSC (AZAL) və Azərbaycan Turizm Assosasiyası (AzTA) sərnişinlərin AZAL-dan bilet alsalar da, “Buta Airways” təyyarələri ilə daşınmasına aydınlıq gətirib.
Məsələ ilə bağlı AzVision.az-a bildirilib ki, həmin təyyarələr “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin çarter proqramı çərçivəsində istismar oluna bilər.

"Hazırda AZAL tərəfindən Boeing 787 Dreamliner, Boeing 767, Boeing 757, Airbus A340, Airbus A320, Airbus A319, Embraer 190 və Embraer 170 tipli müasir hava gəmiləri istismar olunur. Aviaşirkət bütün istiqamətlərdə təyyarə tipini sərnişinlərin sayından asılı olaraq sərbəst formada seçə bilər".

AzTA-dan qeyd edilib ki, çarter proqramları çərçivəsində istifadə olunan “Buta Airways” aviaşirkətinin yeni Embraer 190 və Embraer 170 təyyarələrində ödənişsiz baqaj, əl yükü, isti yemək və s. daxil olmaqla, “Azərbaycan Hava Yolları”nın standartlarına uyğun tam xidmət təqdim edilir.

Aytən Zəhra
AzVision.az


Teqlər: AZAL   Sərnişin  





Xəbər lenti