Bakıda 13 nəfər yol qəzasında yaralandı

  20 İyul 2018    Oxunub : 1256
Bakıda 13 nəfər yol qəzasında yaralandı
İyulun 19-da saat 11 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Şahbaz Dadaşovun idarə etdiyi “ZİL” və Vəli Cavadovun idarə etdiyi “QAZel” markalı avtomobillər toqquşub.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, nəticədə V.Cavadovun 13 sərnişini xəstəxanaya yerləşdirilib. Onlardan 12 nəfərinə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb, 1 nəfərin vəziyyəti qənaətbəxşdir. Qaradağ RPİ tərəfindən araşdırma aparılır.

AzVision.az

Teqlər: DİN   Qəza