İki rayonda əmək yarmarkaları keçirilib

İki rayonda əmək yarmarkaları keçirilib
  20 İyul 2018    Oxunub:3182
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən növbəti əmək yarmarkaları İmişli və Siyəzən rayonlarında keçirilib.
Nazilrikdən AzVision.az-a verilən xəbərə görə, yarmarkalarda ümumilikdə 707 vakant (İmişli rayonunda 565, Siyəzən rayonunda 142 vakant iş yeri) işsiz və işaxtaran vətəndaşlara təklif olunub. Hər iki tədbirdə daimi iş yerləri ilə yanaşı, kənd təsərrüfatı sahələri üzrə mövsümi iş yerləri də təklif edilib.

Tədbirlərdə ayrı-ayrı işəgötürənlərin nümayəndələri də iştirak edib. Vakant iş yerlərinə göndərişlər verilib, ayrı-ayrı işsiz və işaxtaran şəxslər peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilmək, ödənişli ictimai işlərə göndərilmək üçün qeydiyyata götürülüblər.

Cari ilin ötən dövründə Dövlət Məşğulluq Xidməti tərəfindən 12 rayon və şəhərdə əmək yarmarkaları keçirilib. Bu tədbirlərdə 311 müəssisədən 3,7 min vakant iş yeri təqdim edilib.

AzVision.az


Teqlər: ƏƏSMN   Yarmarka  





Xəbər lenti