Bakının bəzi yerlərində işıq problemi yaranıb

Bakının bəzi yerlərində işıq problemi yaranıb
  21 İyul 2018    Oxunub:4402
Bu gün axşam saatlarında Bakının Xətai, Nizami, Sabunçu, Xəzər və Suraxanı rayonlarının bəzi yerlərində elektrik enerjisinin verilişində problem yaranıb.
AzVision.az-ın məlumatına görə, təxminən bir saatdan sonra Nizami və Xətai rayonlarında enerji verilişi bərpa olunub. Digər yerlərdə problemin aradan qaldırılması üçün işlər aparılır.

"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, problem onlardan asılı olmayan səbəbdən yaranıb. Onun sözlərinə görə, "Azərişıq"-ın əməkdaşları problemin aradan qaldırılmasına başlayıb, yaxın saatlarda elektrik enerjisinin verilişi tam bərpa olunacaq.

AzVision.az


Teqlər: Azərişıq  





Xəbər lenti