Müsəlmanlar yağış üçün dua edəcəklər

Müsəlmanlar yağış üçün dua edəcəklər
  21 İyul 2018    Oxunub:8805
İsveçdə yaşayan müsəlmanlar “yağış duası” edəcəklər.
AzVision.az xəbər verir ki, buna səbəb ölkədə uzun müddət davam edən quraqlıqdır.

İsveç İslam Federasiyasının sədri Tahir Akan deyib ki, müsəlmanların iştirakı ilə bu gün paytaxt Stokholmda yağışın yağması üçün dua ediləcək. Bundan başqa, ötən həftə İsveç kilsəsi də xalqdan yağış yağması üçün dua etmələrini istəyib.

Qeyd edək ki, İsveçdə quraqlıq səbəbindən baş verən yanğınlarda hektarlarla sahə külə dönüb.

Kənan Məmmədov
AzVision.az


Teqlər: İsveç   Müsəlman   Xristian   Dua   Yağışduası  





Xəbər lenti