Süpürgəçi qadın nazirliyin təklifindən imtina etdi
“İşlədiyi Mənzil Kommunal Təsərrüfatı Birliyindən isə ayda 200 manatdan çox əmək haqqı alır. Nazirliyin əməkdaşları N.Alaverdovanın daimi yaşayış yerinin olmaması səbəbindən ona Dövlət Sosial Müdafiə Fondunun Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəsisəsində dövlət himayəsində yaşamağı təklif ediblər. Həmin müəssisədə müasir tələblərə uyğun yaşayış şəraiti mövcuddur. Lakin N.Alaverdova bundan imtina edib, hazırki məskunlaşdığı yerdən narazı olmadığını bildirib.
Bundan başqa N.Alaverdovaya heç olmazsa yaşadığı ünvanda ev işlərinə köməklik üçün sosial xidmət işçiləri tərəfindən səyyar formada daimi sosial xidmət göstərilməsi təklif edilib. Ancaq xanım bu təklifi də qəbul etməyib, 77 yaşının olmasına baxmayaraq özü-özünə qulluq edə bildiyini deyib”.
AzVision.az
Teqlər: ƏƏSMN