4 ayda 366 azərbaycanlı qadın əcnəbiyə ərə gedib

4 ayda 366 azərbaycanlı qadın əcnəbiyə ərə gedib
  21 İyul 2018    Oxunub:11077
2018-ci ilin yanvar-aprel ayları ərzində 366 Azərbaycan vətəndaşı olan qadın xarici ölkə vətəndaşı olan kişi ilə ailə həyatı qurub.

Dövlət Statistika Komitəsindən AzVision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu dövrdə, həmçinin 311 Azərbaycan vətəndaşı olan kişilərlə xarici ölkə vətəndaşı olan qadınlar arasında nikah bağlanılıb.
Bundan əlavə, 2018-ci ilin yanvar-aprel ayları ərzində Ədliyyə Nazirliyinin rayon qeydiyyat şöbələri tərəfindən ölkədə 17.7 min nikaha daxilolma halları qeydə alınıb.

Aytən Zəhra
AzVision.az


Teqlər: Statistika   Komitə   Nikah  





Xəbər lenti