Prezident misirli həmkarını təbrik edib

Prezident misirli həmkarını təbrik edib
  21 İyul 2018    Oxunub:8047
Azərbaycan prezidenti İlham Əliyev Misir Ərəb Respublikasının prezidenti Əbdülfəttah əs-Sisiyə məktub göndərib.
AzVision.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab prezident. Misir Ərəb Respublikasının milli bayramı – İnqilab Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. İnanıram ki, Azərbaycan ilə Misir arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı və daha da möhkəmləndirilməsi yolunda səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Misir xalqına əmin-amanlıq və rifah arzulayıram”.

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   Təbrik  





Xəbər lenti