"Düşməni yer üzündən silməyə imkanımız var" - Milli Qəhrəman

"Düşməni yer üzündən silməyə imkanımız var" - Milli Qəhrəman
  21 İyul 2018    Oxunub:10085
"Hərbi gücümüz günü-gündən inkişaf edir. Bu yaxınlarda Ordumuzun paradı keçirildi. Hər biriniz buna şahid oldunuz. Azərbaycan Silahlı Qüvvələri çox güclü formada inkişaf edir"
AzVision.az xəbər verir ki, bunu Milli Qəhrəman İntiqam Atakişiyev “ASAN xidmət”, “ASAN Könüllüləri” Təşkilatı və Dövlət Sərhəd Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən “Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsinin iştirakçıları ilə görüşündə deyib.

Milli Qəhrəman bildirib ki, Azərbaycan Ordusu istənilən zaman torpaqlarımızı işğaldan azad etməyə hazırdır:

"Bunu Ermənistan da çox gözəl bilir. Aprel döyüşlərində bu bir daha sübut olundu. Bütün bunlar onu deməyə əsas verir ki, torpaqlarımız tezliklə işğaldan azad olunacaq. Ordumuz ən müasir silahlara malikdir. Bu baxımdan onları yer üzündən silmək imkanımız var. Bütün bunlara baxmayaraq, hər kəs istəyir ki, torpaqlarımız sülh yolu azad olunsun. Əgər Ermənistanın havadarları onların üzərindən əlini çəksə, orada döyüş aparamağa ehtiyac yoxdur. Həmin zaman özləri qaçıb gedəcəklər".

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Qəhrəman  





Xəbər lenti