DSX-nın iti "sərhəd pozucusu"nu belə tutdu - FOTOLAR

DSX-nın iti "sərhəd pozucusu"nu belə tutdu - FOTOLAR
  21 İyul 2018    Oxunub:31193
“ASAN xidmət”, “ASAN Könüllüləri” Təşkilatı və Dövlət Sərhəd Xidmətinin birgə təşkilatçılığı ilə Azərbaycan Silahlı Qüvvələrinin 100-cü ildönümünə həsr olunmuş “Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsinin iştirakçıları üçün keçirilən təlimlər davam edir.
AzVision.az xəbər verir ki, bu gün düşərgə iştirakçılarına sərhədçi itləri barədə məlumat verilib. Daha sonra xüsusi təlim keçmiş itin sərhəd pozucusunu necə aşkar etməsi və yaxalaması əyani formada nümayiş etdirilib.















Anar Kəlbiyev
Foto: Elvin Abdulla

AzVision.az


Teqlər: DSX   Təlim  





Xəbər lenti