Almaniyadan qaytarılan miqrantlarla bağlı rəsmi açıqlama
DMX tərəfindən readmissiya edilən şəxslərin qarşılanması məqsədilə Səhiyyə Nazirliyi, Dövlət Sərhəd Xidməti və Azərbaycan Hava Yolları Qapalı Səhimdar Cəmiyyətinin nümayəndələrinin iştirakı ilə iyulun 18-də Heydər Əliyev Beynəlxalq Aeroportunda müvafiq tədbirlər həyata keçirilib.
Bütün readmissiya edilən şəxslər onları qarşılayan qohumlarına təhvil verilib, yalnız bir şəxs - Bayramzadə Sinan Ədalət oğlu Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb.
AzVision.az
Teqlər: Miqrasiya-Xidməti Almaniya