Narkotikə görə 1287 nəfər tutulub, 16-sı qadındır

Narkotikə görə 1287 nəfər tutulub, 16-sı qadındır
  23 İyul 2018    Oxunub:2411
Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə çərçivəsində 1287 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından AzVision.az-a verilən məlumata görə, onlardan 4-ü 18 yaşadək, 89-u 18-25 yaşadək, 163-ü 26-29 yaşadək, 1031-i 30 yaşdan yuxarı, o cümlədən 16-sı fəhlə, 1070-i işləməyənlər, 3-ü qulluqçu, 1-i vəzifəli və ya maddi məsul şəxs, 1-i kənd təsərrüfatı işçisi, 471-i əvvələr cinayət törədiblər, 10-u əvvəllər xüsusi qeydiyyatda olublar, 1271-i kişilər, 16-sı qadınlar, 35 nəfəri isə xarici ölkə vətəndaşları olub.

Əcnəbilərdən 19-u İran İslam Respublikası, 6-sı Rusiya Federasiyası, 5-i Gürcüstan, 2-si Ukrayna, 1-i Türkiyə, 1-i ABŞ, 1-i isə İrlandiya Respublikasının vətəndaşı olub.

AzVision.az


Teqlər: Narkotik  





Xəbər lenti