Qeydiyyatda olan narkomanların sayı açıqlandı
Qeyd olunub ki, 2018-ci ilin II rübü ərzində Daxili İşlər Nazirliyi tərəfindən Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə göndərilmiş şəxslərin sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinədən 7710 nəfər keçib. Onlardan 902 nəfəri narkotik vasitələrin istifadəsinə görə müayinə olunub və 447 nəfər istifadəçi aşkar olunaraq qeydiyyata götürülüb.
Həmçinin, hesabat dövründə 810 nəfər stasionar müalicəyə qəbul olunub ki, onlardan 183 nəfəri “Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları” (F10), 627 nəfəri “Opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları” (F11) diaqnozu ilə müalicəyə qəbul edilənlərdir. Eyni zamanda digər müalicə proqramı üzrə fəaliyyət göstərən iki məntəqədə proqram çərçivəsində 262 xəstə müalicə alır.
AzVision.az
Teqlər: Narkoman