Hərbçilərimiz Moskvaya yola düşüb

Hərbçilərimiz Moskvaya yola düşüb
  23 İyul 2018    Oxunub:2258
“Beynəlxalq Ordu Oyunları - 2018” yarışları çərçivəsində iyulun 28-dən avqustun 11-dək Alabino poliqonunda keçirilən “Səhra mətbəxi” müsabiqəsində iştirak etmək üçün Azərbaycanın hərbi aşpazları Moskvaya yola düşüb.
AzVision.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bir neçə mərhələdən ibarət olan müsabiqədə hərbi aşpazlar milli mətbəx yeməklərinin hazırlanması üzrə də məharətlərini nümayiş etdirəcək.



AzVision.az


Teqlər: Müdafiə-Nazirliyi  





Xəbər lenti