Bakı və İrəvan həmsədrlərdən təklif gözləyir

  23 İyul 2018    Oxunub : 1751
Bakı və İrəvan həmsədrlərdən təklif gözləyir
"Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında növbəti görüşün vaxtı və yeri ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən təkliflər daxil olduqdan sonra müəyyənləşdiriləcək".

AzVision.az-ın məlumatına görə, bunu Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, təkliflər əsasında növbəti görüşün yeri və tarixi dəqiqləşdiriləcək: "Azərbaycan Dağlıq Qarabağ münaqşisənin həlli ilə bağlı mövcud formatda substantiv danışıqların davam etdirilməsinin tərəfdarıdır".

Elvin Abdulqədirov
AzVision.az

Teqlər: XİN   Qarabağ