Rəsmi Bakıdan Paşinyana xəbərdarlıq: “Bu, ən böyük güzəştdir”

Rəsmi Bakıdan Paşinyana xəbərdarlıq: “Bu, ən böyük güzəştdir”
  23 İyul 2018    Oxunub:3503
"Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında belə bir iddia irəli sürüb ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı güzəştləri barədə məlumat versin. Sonra Emənistan öz güzəştləri barədə məlumat verə bilər. Paşinyanın diqqətinə çatdırmaq istərdik ki, Ermənistan tərəfindən işğala məruz qalmasına baxmayaraq, Azərbaycanın 25 ildən artıq Ermənistanla danışıqları davam etdirməsi ölkəmizin ən böyük güzəştidir".
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev bu gün keçirdiyi mətbuat konfransında deyib.

XİN rəsmisi vurğulayıb ki, ilk növbədə Ermənistanın Azərbaycana qarşı işğalı aradan qaldırılmalıdır: "Münaqişənin siyasi həllinə nail olmaq üçün işğal ləğv olunmalı və status-kvo dəyişməlidir. Ermənistan münaqişənin həllində maraqlıdırsa, işğal faktını aradan qaldırmalı və BMT-nin münaqişə ilə bağlı qətnamələrinə əməl etməlidir. Yalnız bu əsasla münaqişənin həlli üçün əlverişli mühit əldə edə bilərik".

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: XİN   Qarabağ   Paşinyan  





Xəbər lenti