Qanunsuz ağac kəsimi - Sənədlər prokurorluğa göndərildi

Qanunsuz ağac kəsimi - Sənədlər prokurorluğa göndərildi
  24 İyul 2018    Oxunub:1857
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, reyd zamanı Qəbələ rayonu Aydınqışlaq kəndi ərazisində köküstə yaş 40-92 sm diametrliyində 8 qovaq ağacının kəsildiyi və təbiətə 9400 manat məbləğində ziyan dəydiyi məlum olub.

Araşdırma zamanı ağacların Qəbələ şəhər sakini Valeh Tahirov tərəfindən kəsildiyi müəyyən olunub. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib edilib. Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbir görülməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

AzVision.az


Teqlər: ETSN   Ağac  





Xəbər lenti