Gəncədə oğurluq edənlər Bakıda ələ keçdi

Gəncədə oğurluq edənlər Bakıda ələ keçdi
  24 İyul 2018    Oxunub:3893
İyulun 18-nə keçən gecə Gəncə şəhərinin Yeni Gəncə qəsəbəsi ərazisində oyun zallarının birindən oğurluq edilməsi barədə DİN-in “102 – Zəng Mərkəzi” Xidmətinə müraciət daxil olub.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, dərhal Nizami (Gəncə) Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və həmin obyektdən damı sökmək yolu ilə 4 ədəd televizorun və 4 oyun aparatının oğurlandığı məlum olub.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 3 nəfər Bakı şəhəri ərazisində Xətai RPİ 36-cı Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onların Gəncə şəhər sakinləri Orxan Həsənov, Emil Quliyev və əvvəllər məhkum olunmuş Ruslan Nəsirov olduqları müəyyən edilib.

Onlardan bir ədəd televizor və oyun aparatı maddi sübut kimi polis əməkdaşları tərəfindən götürülüb. Faktla bağlı cinayət işi başlanılıb.

AzVision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti