Nazirlik 3881 keçmiş məhkuma pul verdi

Nazirlik 3881 keçmiş məhkuma pul verdi
  24 İyul 2018    Oxunub:3453
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cari ilin birinci yarımilində penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilən, tibbi və sosial yardıma ehtiyacı olan 3881 şəxsi birdəfəlik müavinətlə təmin edib.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə,onların hər birinin bank hesabına müvafiq qanunvericiliyə uyğun olaraq minimum əmək haqqının 4 misli qədər, yəni 520 manat birdəfəlik müavinət ödənilib.

Penitensiar müəssisələrdə cəza müddəti başa çatmaq ərəfəsində olan şəxslərin bu müəssisələri tərk etdikdən sonra əmək bazarına çıxışının asanlaşdırılması üçün onların peşə hazırlığına cəlb olunması işləri də davam etdirilir. Bu ilin yanvar-iyun aylarında ayrı-ayrı penitensiar müəssisələrdə cəza müddəti başa çatmaqda olan 167 nəfər üçün peşə hazırlığı kursları təşkil olunub.

Həmin müəssisələrin nəzdindəki peşə məktəblərinin bazasında təşkil olunan kurslarda elektrik-qaz qaynaqçısı, tornaçı, avtomobillərin təmiri üzrə çilingər, aşbaz köməkçisi, dülgər xarrat peşələri öyrədilib.

AzVision.az



Teqlər: ƏƏSMN  





Xəbər lenti