“Ermənistan tərəfi bizdən vaxt istəyib” - Məmmədyarov

“Ermənistan tərəfi bizdən vaxt istəyib” - Məmmədyarov
  24 İyul 2018    Oxunub:9111
"Ermənistanın xarici işlər naziri Zohrab Mnatasakanyanla görüş sentyabrda baş tuta bilər"

AzVision.az xəbər verir ki, bunu Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov deyib. Onun sözlərinə görə, görüş Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyası çərçivəsində reallaşa bilər.
"Lakin bu görüş daha erkən də baş tuta bilər. Azərbaycan tərəfi artıq görüşə öz razılığını verib. Biz substantiv danışıqların tərəfdarıyıq. Azərbaycan və Ermənistan prezidentlərinin görüşməsi məsələsinə gəldikdə isə hələlik bu məsələ gündəmdə deyil. Ermənistan tərəfi danışıqlar prosesini öyrənmək üçün bizdən vaxt istəyib", - deyə Məmmədyarov qeyd edib.

AzVision.az



Teqlər: Ermənistan   Məmmədyarov  





Xəbər lenti