Dövlət rəsmiləri generallarla “Hərbiyyə” düşərgəsində - FOTOLAR

  24 İyul 2018    Oxunub : 10953
Dövlət rəsmiləri generallarla “Hərbiyyə” düşərgəsində - FOTOLAR
“ASAN xidmət”, “ASAN Könüllüləri” Təşkilatı və Dövlət Sərhəd Xidmətinin birgə təşkilatçılığı ilə Azərbaycan Silahlı Qüvvələrinin 100-cü ildönümünə həsr olunmuş “Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsinin iştirakçıları üçün keçirilən təlimlər davam edir.
AzVision.az xəbər verir ki, bu gün Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi MehdiyevDövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev düşərgə iştirakçıları ilə görüşə gəliblər.

Qonaqlar çıxış edərək iştirakçılara uğurlar arzulayıb, gənclərin vətənpərvərlik ruhunda böyüməsi üçün belə tədbirlərin əhəmiyyətini diqqətə çatdırıblar.

Qeyd edək ki, düşərgə Qəbələ rayonunda yerləşən "Laza" sərhəd zastavasında təşkil olunub.

















Anar Kəlbiyev
Foto: Elvin Abdulla

AzVision.az

Teqlər: Laza   Hərbiyyə