Mədət Quliyev Gəncə hadisələrindən danışdı

Mədət Quliyev Gəncə hadisələrindən danışdı
  25 İyul 2018    Oxunub:13411
"Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün həyati əhəmiyyətli sahələrində həyata keçirilən uzaqgörən və uğurlu siyasət sayəsində Azərbaycan böyük nüfuz qazanaraq gündən-günə qüdrətlənir"
AzVision.az xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev DTX-nin Heydər Əliyev adına Akademiyasının növbəti buraxılışına həsr olunmuş təntənəli mərasimdə deyib.

DTX rəisi bildirib ki, dövlətimizin bu inkişafını gözü götürməyən müəyyən qüvvələr tərəfindən bəzən ölkədə ictimai-siyasi sabitliyi və təhlükəsizliyi pozmağa uğursuz və cılız cəhdlər göstərilir. Lakin bunun qarşısı Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, möhkəm iradəsi və müdrik rəhbərliyi ilə hüquq mühafizə orqanlarının yüksək əlaqələndirilmə şəraitində operativ müdaxiləsi nəticəsində çevik və peşəkarlıqla alınır.

M.Quliyev qeyd edib ki, ötən günlərdə ölkəmizdə sabitliyin və təhlükəsizliyin əleyhinə yönəlmiş, dövlət hakimiyyət nümayəndəsinə və hüquq-mühafizə orqanları əməkdaşlarına qarşı törədilmiş namərd terror aktları və digər hüquqazidd əməllərin dərhal xalqımızda hədsiz hiddət doğuraraq qətiyyətlə pislənilməsi, xainlərin sərt cəzalandırılmasına dair haqlı ictimai tələb, eyni zamanda, düşmənlərə xalq-dövlət həmrəyliyinin, vətəndaş-iqtidar birliyinin sarsılmazlığını bir daha bariz nümayiş etdirib.

AzVision.az


Teqlər: DTX   Mədət-Quliyev  





Xəbər lenti