Ramil Usubov yeni rəis təyin etdi

Ramil Usubov yeni rəis təyin etdi
  25 İyul 2018    Oxunub:8394
Daxili işlər orqanlarında yeni təyinat olub.
AzVision.az APA-ya istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlə Rövşən Eyyub oğlu Eyyubov Su Nəqliyyatında Polis İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, bu təyinata qədər R. Eyyubov Nəqliyyatda Baş Polis İdarəsinin rəis müavini vəzifəsində çalışıb.

AzVision.az


Teqlər: DİN   Ramil-Usubov  





Xəbər lenti