Türkiyə ilə aviareyslərin sayı 3 dəfə artırılıb
NRYTN-dan AzVision.az-a verilən məlumata görə, görüşdə hər iki ölkənin aviaşirkətlərinin nümayəndələri də iştirak edib. Görüş zamanı iki qardaş ölkə arasında hava əlaqəsinin liberallaşdırılması məsələsi müzakirə edilib.
Aparılmış danışıqlar nəticəsində tərəflərin ərazisindəki şəhərlərarası sərnişin reyslərinin sayı təxminən 3 dəfə (həftədə 45 reysdən 127 reysədək) artırılıb. Uçuş hüququ Azərbaycan və Türkiyənin bütün aviaşirkətlərinə şamil ediləcək.
Bundan əlavə, tərəflər “Hava əlaqəsi haqqında” yeni Saziş layihəsinin müzakirəsinə başlamaq barədə razılığa gəliblər.
Həmin Saziş imzalandıqdan sonra qüvvədə olan 1992-ci il 2 may tarixli “Hava Nəqliyyatı haqqında Hökumətlərarası Saziş”i əvəz etməlidir.
AzVision.az