"Avtomobillərin 80-88 faizi köhnədir"

"Avtomobillərin 80-88 faizi köhnədir"
  25 İyul 2018    Oxunub:4603
"Bu gün kənd təsərrüfatı məhsulları ümumi qaydada istifadə olunan maşınlarda daşınır. Bəzi kənd təsərrüfatı texnikaları standartdan geri qalır və ya köhnə avtomobil nəqliyyat vasitələridir"
AzVision.az xxəbər verir ki, bunu NRYTN yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sədr müavini İbrahim Əliyev deyib. O qeyd edib ki, belə avtomobillərlə yola çıxmaz düzgün deyil. Bu da sonda yol nəqliyyat hadisələrinin olmasına səbəb olur.

“Ölkədaxili yük daşımadan fərqli olaraq beynəlxalq daşımalarda hər bir iş standartlara uyğun aparılır. İlin sonuna kimi yük və sərnişin daşımaları ilə bağlı dəyişikləri sona çatdıracayıq. Orada yol hərəkətində təhlükəsizlik məsələsinə xüsusi diqqət yetirilir. Texnikanın müəyyən qədər köhnə olması qəzaların olmasına gətirib çıxarır. Beynəlxalq daşımalarda və ölkədaxili daşımalarda avtomobil nəqliyyatı parkı yenilənməlidir. Belə ki, bu avtomobillərin 80-88 faizi köhnədir. Bu sahə ilə bağlı müəyyən proqramlar hazırlanır və müəyyən razılaşmalardan sonra ictimaiyyətə açıqlamalar veriləcək”, - deyə İ.Əliyev qeyd edib.

Aytən Zəhra
AzVision.az




Teqlər: İbrahim-Əliyev  





Xəbər lenti