Bakıda hakimlərinin seminarı keçirilib

Bakıda hakimlərinin seminarı keçirilib
  25 İyul 2018    Oxunub:3057
“Dəniz kuboku - 2018” müsabiqəsinin hakimlərinin seminarı keçirilib.
Müdafiə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, tədbirdə bütün iştirakçı ölkələrin nümayəndələri iştirak edib.

Müsabiqənin hakimləri normativ sənədlərin vəziyyətini, xüsusilə də mükafat və cərimə ballarının hesablanması prinsiplərini müzakirə edib, hakimlərin səlahiyyətləri və vəzifələrini müəyyən ediblər.

Cari ilin iyulun 31-dən avqustun 10-dək Xəzər dənizinin ölkəmizə aid ərazi sularında keçiriləcək “Dəniz Kuboku-2018” müsabiqəsində Azərbaycan, Rusiya, Qazaxıstan və İran hərbi dənizçilərinin iştirakı planlaşdırılır.

AzVision.az


Teqlər: Müdafiə-Nazirliyi  





Xəbər lenti