“Dəniz kuboku - 2018” - Gəmilər məşqlərə başlayıb

“Dəniz kuboku - 2018” - Gəmilər məşqlərə başlayıb
  25 İyul 2018    Oxunub:3775
“Dəniz kuboku - 2018” beynəlxalq müsabiqəsində iştirak edəcək Azərbaycan, Rusiya, İran və Qazaxıstan hərbi gəmiləri Xəzər dənizindəki döyüş hazırlığı poliqonunda məşqlərə başlayıb.
AzVision.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, keçiriləcək yarışlarda dənizçilər “Artilleriya atəşlərinin yerinə yetirilməsi”, “Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı” və “Dəniz hazırlığı” üzrə müsabiqənin müxtəlif mərhələlərində güclərini sınayaraq ən yaxşı heyətləri müəyyən edəcəklər.

AzVision.az


Teqlər: Müdafiə-Nazirliyi   Təlim  





Xəbər lenti