Naxçıvanda qanunu pozan 165 əcnəbi aşkarlanıb

Naxçıvanda qanunu pozan 165 əcnəbi aşkarlanıb
  26 İyul 2018    Oxunub:1162
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində cari ilin altı ayının yekunları və qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilib.
AzVision.az-ın məlumatına görə, müşavirədə qeyd olunub ki, hesabat dövründə xidmət tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində müvafiq tədbirlər həyata keçirilib və ümumilikdə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərini pozan 165 əcnəbi aşkarlanıb.

Həmçinin miqrasiya sahəsində qanunvericiliyin tələblərini pozmuş 10 əcnəbi öz ərizəsi əsasında könüllü olaraq Dövlət Miqrasiya Xidmətinin Qanunsuz miqrantların saxlanılması mərkəzində saxlanılıb.

Vurğulanıb ki, bəhs edilən dövrdə xidmətə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyatı ilə bağlı 4226, müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı 312, daimi yaşamaq üçün icazənin verilməsi ilə bağlı 3, müvəqqəti yaşama icazəsinin yenidən rəsmiləşdirilməsi ilə bağlı 3, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Naxçıvan Muxtar Respublikasında haqqıödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin verilməsi ilə bağlı 22, Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi ilə əlaqədar isə 113 müraciət daxil olub. Həmin müraciətlərin icrası mövcud qanunvericiliyə uyğun olaraq həyata keçirilib.

AzVision.az


Teqlər: Miqrasiya   Naxçıvan  





Xəbər lenti