Marsla Yerin böyük qarşıdurması - Nə baş verəcək?

Marsla Yerin böyük qarşıdurması - Nə baş verəcək?
  26 İyul 2018    Oxunub:13358
İyulun 28-də Marsla Yerin böyük qarşıdurması yaşanacaq, iyulun 31-də isə Qırmızı planet Yerə ən yaxın məsafədə olacaq.
AzVision.az Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasına istinadən bildirir ki, bu zaman məsafə 0.39 a.v. və ya 57.8 mln. km-ə qədər qısalacaq. Belə ki, Marsı adi gözlə də müşahidə etmək mümkün olacaq. Qırmızı planet səmada adi gözlə çox parlaq, ulduz ölçüsü -2.8 olan qırmızı ulduz kimi görünəcək.

Qeyd edək ki, hər qarşıdurmada Yerlə Mars arasında məsafə eyni olmur. Qarşıdurma qışda baş verirsə planetlərarası məsafə 100 mln km, yayın sonlarında baş verərsə 50-60 mln km-ə qədər qısalır. Marsın belə qarşıdurması orta hesabla 15-17 ildən bir baş verən hadisədir. Bu vəziyyətdə onun ulduz ölçüsü və bucaq diametri dəyişir.

Sonuncu böyük qarşıdurma 28 avqust 2003-cü ildə baş verib. O zaman yaxınlaşma 55.8 mln km-ə çatıb. Elmə məlum olan ən böyük qarşıdurma isə 5 sentyabr 1877-ci ildə baş verən qarşıdurmadır. Bu zaman ABŞ astronomları Marsın iki peykinin olduğunu açıqlayıb: Foboz və Deymos.

Aytən Zəhra
AzVision.az


Teqlər: AMEA   Mars   Yer   Planet  





Xəbər lenti