Fransanın məşhur jurnalı prezidentin Parisə səfərindən yazdı
Məqalədə prezident İlham Əliyevə xitabən səfər çərçivəsində 11 fransız şirkətinin rəhbərləri ilə səmərəli görüşlərin keçirildiyi və bu xüsusda iki ölkə arasında iqtisadi əməkdaşlıq üçün böyük perspektivlərin açıldığı diqqətə çatdırılır: "Azərbaycan və Fransa şirkətlərinin imzaladığı müqavilələrin ümumi həcmi 2 milyard dollardan artıqdır, sözügedən sazişlər reallaşacağı təqdirdə, bu həcm arta bilər". Məqalədə, həmçinin, səfər çərçivəsində enerji təhlükəsizliyi məsələsinin müzakirə edildiyi və Cənub Qaz Dəhlizinin uğurla həyata keçirildiyi xüsusi vurğulanır. Görüşlərdə neft və qaz, infrastruktur, nəqliyyat, kosmik sənaye, hava nəqliyyatı, metro tikintisi, eləcə də hərbi-texniki sahədə əməkdaşlıq imkanlarının diqqət mərkəzində saxlanıldığı qeyd olunur.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan müəllif "Prezident İlham Əliyev münaqişənin həlli istiqamətində Azərbaycanın mövqeyinə dair Fransalı həmkarına məlumat verib. O, ATƏT-in Minsk Qrupunun həm-sədri olan Fransanın dövlət başçısının şəxsən bu münaqişənin həllində fəallıq göstərəcəyinə ümidvar olduğunu bildirib" fikrini əlavə edib.
Məqalədə prezident İlham Əliyevin səfər çərçivəsində Fransanın SADE şirkətinin prezidenti Patrik Lölo, “Bouygues Travaux Publics” şirkətinin baş icraçı katibinin müavini Mark Adler, “IVECO France” şirkətinin prezidenti, “IVECO Global Bus”un rəhbəri Silvan Blez, “CIFAL” qrupunun prezidenti Jil Remi, “Rothschild and Co” şirkətinin Müşahidə Şurasının sədri Devid de Rotşild, “Thales International” şirkətinin baş vitse-prezidenti Rafael Eskinazi, “Wilmotte & Associés Architectes” şirkətinin icraçı direktoru xanim Borina Andriye, “SUEZ” qrupunun baş icraçı direktoru Jan Lui Şassod, “Airbus” şirkətinin Avrasiya üzrə vitse-prezidenti Silver Delonay, “Total” şirkətinin sədri və baş icraçı direktoru Patrik Puyane ilə görüşdüyü bildirilir və müzakirə edilən məsələlərə dair məlumat verilir.
AzVision.az
Teqlər: İlham-Əliyev Fransa