Vergilər Nazirliyinə 132 nəfər işçi qəbul olunub

Vergilər Nazirliyinə 132 nəfər işçi qəbul olunub
  27 İyul 2018    Oxunub:1649
Vergilər Nazirliyinin 1 dekabr 2017-ci il tarixli əmrinə əsasən, dövlət vergi orqanlarına işə qəbulla əlaqədar keçirilən müsabiqənin nəticələri təsdiq olunub.
Nazirliyin media və kommunikasiya mərkəzindən AzVision.az-a verilən xəbərə görə, müsabiqənin ümumi yekunları üzrə 132 nəfər namizəd uğur qazanıb. Hər bir namizədin müsabiqənin yekunları üzrə qiymətləri 2 iş günü ərzində onun şəxsi elektron ünvanına göndəriləcək.

Ətraflı məlumat əldə etmək üçün namizədlər 012-403-81-35 nömrəli telefonla Vergilər Nazirliyinə müraciət edə bilərlər.

AzVision.az


Teqlər: Vergilər-Nazirliyi  





Xəbər lenti