“Tatu və pirsinq hepatitə səbəb olur” - Həqiqət Qədirova
AzVision.az xəbər verir ki, bunu Elmi-tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru, B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komissiyanın sədr müavini Həqiqət Qədirova deyib.
H.Qədirova, həmçinin qeyd edib ki, hepatit A xronika hala çox nadir hallarda keçir: "Bu da adətən uşaqlar arasında qeydə alınır. B viruslu hepatit 10 faiz halda xronika hala keçir. Hepatit C isə 50 faizdən çox halda xroniki olur. Buna insanlar hətta "mülayim qatil" deyirlər. Çünki uzun müddət ərzində özünü büruzə vermir. Sonra da bu virusdan əziyyət çəkən 5-15 faiz xəstə insanlarda xərçəngə səbəb olur".
Sədr müavini vurğulayıb ki, B viruslu hepatitlər insan orqanizmində qaraciyərə daxil olursa, artıq bu ömürlük baş verir.
"Bu gün tibb elmində tam müalicə üsulları yoxdur. Ona görə də xəstəliyin qarşısı mütləq vaxtında alınmalıdır. A viruslu hepatit adətən natəmiz şəraitdən keçir. İlk olaraq sanitar gigiyenik normalara düzgün riayət etmək lazımdır. B,C, D viruslarının qarşısını almaq üçün qan verən zaman sağlamlığı yoxlanılmalı, tibbi avadanlıqların sterilizə olunmasına ciddi fikir verilməlidir. Digər tərəfindən cinsi yolla fərdi yanaşmanı nəzarətdə saxlamaq mütləqdir",- deyə Həqiqət Qədirova qeyd edib.
Aytən Zəhra
AzVision.az
Teqlər: Həqiqət-Qədirova Hepatit