Azərbaycanda 4 ildə 8936 nəfər hepatitə yoluxub

Azərbaycanda 4 ildə 8936 nəfər hepatitə yoluxub
  27 İyul 2018    Oxunub:1703
30 iyun tarixinə olan məlumata görə, son 4 ildə 8936 nəfər hepatit viruslarlarına yoluxma halı ilə Komissiyaya müraciət edib.
AzVision.az xəbər verir ki, bunu Elmi-tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru, Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurasının, eləcə də B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komissiyanın üzvü Həqiqət Qədirova deyib. O bildirib ki, bunlardan 57 faizi kişi, 43 faizi qadındır.

"Bu müddətdə müraciət edənlərin 73 faizi Hepatit C, 27 faizi Hepatit B virusuna yoluxub. Hepatit BD ilə 160 nəfər, Hepatit BC ilə 156 nəfər müraciət edib. Müraciət edənlər arasında sağlam daşıyıcıların sayı 1142 nəfər olub. Bu insanlarda Hepatit virusu aktiv deyil, sadəcə dietalarına diqqət etməlidirlər və belə əvirus aktivləşmədən yaşaya bilərlər. Bu müddətdə müraciət edən 493 nəfərdə artıq serroz var idi".

H. Qədirova qeyd edib ki, hepatitlərlə yoluxmuş 6266 nəfər müalicəyə yazılıb və onlardan hazırda 1153 nəfərinin müalicəsi davam edir. "Həmçinin virusa yoluxmuş 1259 nəfərin müalicəsinə əks göstəriş olub. 2017-ci ildə Hepatit A ilə yoluxan 59 nəfər, Hepatit B ilə yoluxan160 nəfər, Hepatit C ilə yoluxan 154 nəfər Komissiyaya müraciət edib. Bunlar xroniki hepatitlərlə yoluxmuş insanlardır".

Aytən Zəhra
AzVision.az


Teqlər: Hepatit  





Xəbər lenti