KTMT-nın baş katibi həbs oluna bilər

KTMT-nın baş katibi həbs oluna bilər
  27 İyul 2018    Oxunub:5270
Ermənistanda 2008-ci il martın 1-də 10 nəfərin ölümü ilə nəticələnən etiraz aksiyalarının dağıdılmasına dair cinayət işi çərçivəsində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturova ittiham irəli sürülüb.
AzVision.az-ın xəbərinə görə, Ermənistan Xüsusi İstintaq Xidmətinin yaydığı məlumatda bildirilir ki, Xaçaturov başqa şəxslərlə əlbir olaraq Ermənistanın Konstitusiya quruluşunu devirməkdə ittiham edilir. Onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə əlaqədar artıq məhkəməyə vəsatət təqdim edilib.

Qeyd edək ki, 2008-ci il martın 1-də Yuri Xaçaturov Ermənistan Müdafiə Nazirliyinin İrəvan qarnizonunun rəhbəri vəzifəsini tutub. Hazırda o, KTMT-nin baş katibidir.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: KTMT   Xaçaturov  





Xəbər lenti