Nazirlikdən
AzVision.az-a verilən məlumata görə, ixtisaslaşmış QHT-lər yaradılan bu mərkəzlərdə ilk növbədə funksional qiymətləndirmə aparılmaqla, uşaqların gündəlik həyatda üzləşdikləri əqli və fiziki problemlərin aradan qaldırılması üçün aktiv terapiya və oyun terapiyası kimi müasir reabilitasiya üsulları tətbiq edir. Uşaqlarda zəruri bacarıq (o cümlədən ünsiyyətqurma bacarığı) və vərdişlər formalaşdırılır, erkən müdaxilə və inkluziv təhsil xidmətləri göstərilir. Uşaqların ailələri ilə reabilitasiya, sosial, müvəkkillik, psixoloji və s. sahələrdə maarifləndirmə işləri aparılır.
Məqsəd həmin uşaqların sosial reabilitasiyasına və öz həmyaşıdları ilə bərabər şəkildə cəmiyyətə inteqrasiyasına nail olunmasıdır.
Qeyd olunan icma əsaslı sosial reabilitasiya mərkəzlərdə ümumilikdə 1100-dək sağlamlıq imkanları məhdud uşağa yarımstasionar şəraitdə xidmətlər göstərilir.
AzVision.az