Azərbaycan İsrail arasında raket sövdələşməsi – MEDİA DAYCEST

Azərbaycan İsrail arasında raket sövdələşməsi – MEDİA DAYCEST
  04 Fevral 2013    Oxunub:2980
Politoloqlar Kremli açıq suçlamasalar da, “Azərbaycanı qarışdıran xarici qüvvələr ” sırasında ilk növbədə Rusiyanı nəzərdə tutduqları şübhə doğurmur. Əgər “Binə” dəki yanğınla bağlı dağıstanlıların həbsi təsdiqlənərsə, bu, iki ölkə arasına münasibətləri daha da gərginləşdirə bilər.
Yeni Müsavat

“İnanıram ki, gələcək nəsil dövlətimizi bizdən daha yaxşı təmsil edəcək”

“Azərbaycan prezidenti İlham Əliyev də gəncdir, ona görə bu qədər Azərbaycanda idmana, gəncliyə, sağlamlığa, əhval ruhiyyəyə, gözəlliyə diqqət ayrılır”. Bunu Gənclər Günü münasibətilə keçirilən tədbirdə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.


Binədəki aksiyada Rusiya kibritinin izi


“Binə”də son 10 gündə iki yanğının baş verməsi diqqətləri bu narahat ticarət mərkəzinə çəkib. Xatırladaq ki, yanvarın 19-da səhər və fevralın 1-də gecə saatlarında “Binə”də səbəbi tam bilinməyən yanğın olub. Qeyd edək ki, fevralın 1-də baş verən yanğın daha güclü olub. Beləliklə, İsmayıllı olaylarından sonra da Rusiya mətbuatının rus kəndi İvanovkada da narazılığın olması barədə yazması rəsmi Bakını ciddi narahat etmişdi. YAP funksionerləri, hakimiyyətə yaxın politoloqlar Kremli açıq suçlamasalar da, “Azərbaycanı qarışdıran xarici qüvvələr ” sırasında ilk növbədə Rusiyanı nəzərdə tutduqları şübhə doğurmur. Əgər “Binə” dəki yanğınla bağlı dağıstanlıların həbsi təsdiqlənərsə, bu, iki ölkə arasına münasibətləri daha da gərginləşdirə bilər. Ola bilsin ki, məhz bu səbəbdən dağıstanlıların tutulması gizli saxlanılsın. O da mümkündür ki, yanğın olayı dağıstanlılarla “Binə”dəki hansısa biznesmenlər arasında narazılıqdan da yaransın.

“Müharibə ehtimalı çox yüksəkdir”

Politoloq Natiq Miri müsahibəsində bildirdi ki: “Xocalı aeroportu məsələsi süni olaraq yaradılmış problemdir. Qərb dünyası, xüsusilə də ATƏT-in Minsk Qrupu ölkələrinin, bütövlükdə Avropa Birliyinin fikri bundan ibarətdir ki, Xocalı aeroportu açılarsa, bu, Dağlıq Qarabağ probleminin həllində çox ciddi fəsadlar yaradacaq. Onlar düşünür ki, bu, müharibəyə səbəb ola biləcək qədər təhlükəli bir addımdır. Ancaq hiss olunur ki, Ermənistan bu məsələni qızışdırarkən qətiyyən öz ağlı ilə hərəkət etmir. Təbii ki, Rusiyanın Dağlıq Qarabağdakı əməliyyatlara müdaxiləsi qeyri-mümkündür. Ancaq onun səhnə arxasından Ermənistana çox ciddi dəstək verəcəyi bəllidir. Yeri gəlmişkən, əgər Azərbaycanda ictimai-siyasi vəziyyət nəzarətdən çıxarsa, 2009-cu ildə Konstitusiyaya edilən dəyişiklər fonunda müharibəni əsas gətirərək seçkilər təxirə salına bilər. Bu mənada Rusiya planlarında yanıla bilər. O baxımdan bu gün müharibə ehtimalı çox yüksəkdir və dünya gücləri prosesə ciddi şəkildə müdaxilə etməlidir”.

Turqut Ər Əkrəm Əylislini vətənə, millətə xəyanətdə suçladı

Əkrəm Əylislinin Rusiyada çap olunan “Daş yuxular” romanına Türkiyədən də təpkilər var. Uzun illər Türkiyənin Azərbaycandakı səfirliyində mətbuat attaşesi olaraq çalışan Turqut Ər münasibət bildirdi: “Azərbaycan torpaqlarına erməni təcavüzünün hələ də başa çatmadığı bugünlərdə belə bir roman yazmaq öz xalqına xəyanətdən başqa bir şey deyil”.

Rəsul Quliyevin qayıdışı üçün müraciət hazırlandı

Azərbaycanın 30-dan artıq siyasi partiya və qeyri-hökumət təşkilatının rəhbərləri, Milli Məclisin sabiq üzvləri, nüfuzlu hüquqşünaslar və jurnalistlər tərəfindən eks-spiker, Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyevin hüquqlarının pozulması ilə bağlı təsis olunmuş Müdafiə Komitəsi beynəlxalq təşkilatlara, Azərbaycandakı xarici səfirliklərə məktubla müraciət edib. Müraciətdə göstərilir ki, ABŞ-da yaşadığı son 17 ilə yaxın müddət ərzində R.Quliyev Azərbaycan Respublikasının vətəndaşı olaraq vətənə qayıtmağa, prezident və parlament seçkilərində iştirak etməyə dəfələrlə təşəbbüs göstərib, lakin aidiyyəti üzrə dövlət orqanları şəxsin azadlıq və toxunulmazlıq hüququ haqqında beynəlxalq prinsipləri kobudcasına pozaraq müxtəlif uydurma, qanunsuz iddialarla R.Quliyevi həbs edəcəkləri ilə hədələyib, onun Azərbaycana qayıtmasına imkan verməyiblər.

Cavid Qurbanov Salyanın 10 kəndini yolsuz qoyub

Salyanın 10-a yaxın kənd sakini “Azəryolservis”in rəhbəri Cavid Qurbanov barədə prezidentə yenidən şikayət məktubu ünvanlayıblar. Məktubda deyilir ki, “Azəryolservis” tərəfindən təmir olunmalı Şirvan-Salyan magistral yolunda hələ də bir iş görülməyib.

“Qış parkı”na görə daha 60 ailə köçürüləcək

Paytaxt Bakının mərkəzində tikilməkdə olan “Qış parkı”na görə daha 60-a yaxın ailə ərazidən köçürüləcək. Bu barədə Mirzəağa Əliyev küçəsinin sakinlərinin bildirdiyinə görə, artıq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən köçürülmə ilə bağlı rəsmi xəbərdarlıq alıblar. Lakin Bakı meriyasının onlara təklif etdiyi kompensasiya heç də qaneedici deyil. Sakinlər deyir ki, əgər bizim istədiyimiz məbləği verməyəcəklərsə bizə yeni tikililərdən ev versinlər

Gündəm Xəbər

Mahir Abdullayevin oğurlanması ilə bağlı eni məqamlar

Məqalədə bildirilir ki, vaxtı ilə Elşad Abdullayev qardaşı Mahir Abdullayevin geri qaytarılması üçün Zaqatalaya yollanıb. Belə ki, ona 50 min dollar müqabilində qardaşı Mahir Abdullayevi təhvil verilməsi üçün Zaqatalaya dəvət ediblər. Məsələ ilə bağlı Arzu Kazımovun vəkili Ramiz Zeynalovun bu yaxınlarda mediada açıqlama verib. Buna cavab olaraq, Elşad Abdullayevin şəxsi nümayəndəsi Azad Mursalıyev çıxışının yalan olduğunu bildirir. Belə ki, Kürdəmirdə onu polis işçiləri saxlayaraq polis idarəsinə aparıblar. Polis idarəsindən isə onu Z. Dünyamalıyev və Arzu Kazımov buraxdırıb. Kürdəmir-Zaqatala rayonlarına səfəri Hacı Məmmədovun həbsi ilə eyni vaxta təsadüf edilir. Lakin bu heç də təsadüfi deyil. Mahir Abdullayevin oğurlanmasını təşkil edən şəxslər ifşa olunmamaq üçün Kürdəmir-Zaqatala əməliyyatını təşkil ediblər.

Azərbaycan İsrail arasında raket sövdələşməsi

Azərbaycan və İsrail arasında yaxın mənzilli "Spayder" zenit-raket komplekslərinin alınması istiqamətində danışıqlar aparılır. Rusiya mətbuatına istinadən bildirir ki, İsrail hərbi mənbələrindən verilən məlumata görə, Azərbaycan və İsrail müqavilənin imzalanmasına artıq yaxınlaşıb. Xatırladaq ki, İsrail Müdafiə Nazirliyinin baş direktoru Udi Şani bildirmişdi ki, İsrail Azərbaycanın silah təchizatını artıra bilər.




Teqlər:  





Xəbər lenti