Nazir müavini rusiyalı gənclərlə görüşüb

Nazir müavini rusiyalı gənclərlə görüşüb
  28 İyul 2018    Oxunub:4586
Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin sədri xanım Leyla Əliyevanın dəvəti ilə Azərbaycanda səfərdə olan Rusiya Federasiyasının bir qrup dövlət qulluqçularından, qeyri-hökumət gənclər təşkilatlarının üzvlərindən və ali məktəb tələbələrindən ibarət nümayəndə heyəti Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İntiqam Babayevlə görüşüb.
AzVision.az xəbər verir ki, görüşdə Azərbaycanda uğurla həyata keçirilən gənclər siyasəti, müxtəlif layihələr, əldə edilmiş uğurlar və beynəlxalq əlaqələr haqqında məlumat verilib və nümayəndə heyətinin üzvləri səfər barəsində öz təəssüratlarını bölüşüblər.

Görüşün sonunda qonaqlara Gənclər və İdman Nazirliyinin xatirə hədiyyələri təqdim edilib.



AzVision.az


Teqlər: İntiqam-Babayev  





Xəbər lenti